açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Bağırova Aynur İslam qızının Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda «Görmə itiliyinin təyini» mövzusunda açıq dərsi olmuşdur. Dərsdə görmə analizatorunun quruluş və funksiyası ilə bağlı ümumi məlumat verildikdən sonra, tələbələrə görmə itiliyinin təyin edilmə üsulları, görmə itiliyinin qorunması üçün gigiyenik tələblər izah olundu, bəzi tövsiyyələr verildi. Daha sonra Sevsev cədvəli ilə 15 tələbənin görmə itiliyi təyin olundu. Diaqnostik əhəmiyyətli laborator məşğələsi tələbələrin geniş maragına səbəb oldu.